Modern.az

Bu şəhərdə polislərin 70%-i xəstələndi

Bu şəhərdə polislərin 70%-i xəstələndi

Aktual

13 Avqust 2018, 13:33

Polşada polislər kütləvi surətdə xəstəlik bülletenləri götürməyə başlayıblar.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, şəhərlərin birində bütün polis heyəti, digərlərində isə əksəriyyət bülleten götürərək iş fəaliyyətini dayandırıb.

Kamen-Pomorski şəhərinin bütün polis heyəti, Şetsin şəhərində polis bölmələrindən birinin bütün heyəti, digərinin isə 70 faizi xəstələnib.

 

“Həmrəylik” müstəqil həmkarlar ittifaqının nümayəndəsi Rafal Yankovski bunun kadr çatışmamazlığı səbəbi ilə baş verdiyini bildirib. Belə ki, kadr azlığı səbəbi ilə heyət əlavə iş saatlarından tamamilə əldən düşüb.

 

Bir sözlə həmkarlar ittifaqı bunun tətil yox sadəcə insan dözümünün bir sərhədinin olması kimi qiymətləndirilməli olduğunu hesab edir.

Qeyd edək ki, əsasən yay aylarında işçilərin böyük əksəriyyəti məzuniyyət götürür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar