Modern.az

Ankaradan Vaşinqtona barışıq ÇAĞIRIŞI: “Təhdid və sanksiyalarla ...”

Ankaradan Vaşinqtona barışıq ÇAĞIRIŞI: “Təhdid və sanksiyalarla ...”

Dünya

13 Avqust 2018, 13:42

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada xarici ölkə səfirləri ilə görüş keçirib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir Ankaranın Vaşinqtonla münasibətləri bərpa etmək istədiyini diqqətə çatdırıb.

“Son zamanlar ABŞ-la münasibətlərimiz arzuolunmaz nöqtəyə çatıb. Onlar bütün sübutları göndərməyimizə baxmayaraq, FETÖ ilə bağlı heç bir addım atmadı. Münasibətlərin yaxşı olacağını gözləyirik. Təhdid və sanksiyalarla Türkiyədən heç nəyə nail ola bilməzsiniz. Biz barışıq tərəfdarıyıq, amma təzyiq olmasın. Danışıqlar masasına oturmaq və bir-birinə hörmək göstərmək lazımdır”.

Çavuşoğlu Türkiyənin investisiyalar üçün əlverişli ölkə olduğunu və Tramp administrasiyasının ölkədaxili problemləri Ankaranın hesabına həll etməyə çalışdığını əlavə edib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır