Modern.az

Ərdoğan Putindən yardım istəyib? – Kremldən AÇIQLAMA

Ərdoğan Putindən yardım istəyib? – Kremldən AÇIQLAMA

13 Avqust 2018, 15:07

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatda baş verən problemlərlə əlaqədar Rusiyaya müraciət etməyib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov mətbuata açıqlama verib.

Peskov bu açıqlamanı avqustun 10-da iki prezident arasında olan telefon danışığı zamanı bu məsələnin də müzakirə olunması barədə yayılan xəbərlərə görə verib.

 

“Xeyr heç bir yardım çağırışı olmayıb”-deyə Peskov bildirib.

 Onun sözlərinə görə prezidentlər “Türk axını” və “Akkuyu AES” kimi nəhəng layihələr haqda danışıqlar aparıblar.

 

“Mənim bu situasiyanın layihələrin inkişafına hər hansı bir təsir göstərə biləcəyi ilə bağlı heç bir məlumatım yoxdur” – Rusiya prezidentinin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə bu layihələr üçün iki ölkənin birgə investisiya fondu var və iki ölkə arasında da geniş şaxəli ticarət əlaqələri inkişaf edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq