Modern.az

Nazirlik taxıl biçini HAQDA: Ötənilkindən çoxdur

Nazirlik taxıl biçini HAQDA: Ötənilkindən çoxdur

13 Avqust 2018, 15:29

Ölkə üzrə payızlıq və yazlıq buğda biçini  99,2%, arpa biçini isə 99,7%  başa çatıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Modern.az saytına  məlumat verib. O bildirib ki, ümumilikdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 ha), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 ha) aparılıb:

“Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5%, arpa üzrə isə 115,3% təşkil edib.

Bu il ölkə üzrə 3 milyon, 17 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2,031,654 tonu buğda, 937,090 tonu arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda¸ 124570 ton arpa artıq yığılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir