Modern.az

Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü

Prezident əsgər ölümü ilə bağlı işi nəzarətə götürdü

13 Avqust 2018, 15:48

Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən qəbul edilib.

Modern.az xəbər verir ki, dünyasını dəyişmiş əsgərin atası Trend-ə açıqlamasında bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb: “Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası onu da bildirib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır