Modern.az

Azərbaycanın Gürcüstandakı səfirliyi qəzaya düşən soydaşlarımızın pul məsələsini həll edəcək

Azərbaycanın Gürcüstandakı səfirliyi qəzaya düşən soydaşlarımızın pul məsələsini həll edəcək

Aktual

13 Avqust 2018, 16:32

“Qəzaya düşən azərbaycanlıları dünən xəstəxanada ziyarət etmişəm. Hazırda da onların yanındayam. Həkimlərlə də danışmışam. İkisinin vəziyyəti sabitdir. Əməliyyat olunmalıdırlar. Səfirlik olaraq nə lazımdırsa, qanun çərçivəsində köməklik  edəcəyik”. Bunu Modern.az-a açıqlamasında  Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Hidayətov Gürcüstanda qəzaya düşən azərbaycanlıların durumunu şərh edərkən deyib.

Səfilrik sözçüsü ittihmaları qəbul etmədiklərini bildirib.

 

“Səfirlik olaraq üzərimizə düşən işi görməyə çalışırıq. Qəzaya düşən soydaşlarımızın Azərbaycana aparılması məsələsi var. Onları təcili yardım maşını ilə Azərbaycana göndərib orada müalicələrini davam etdirmələrinə şərait yaratmağa çalışırıq. Azərbaycanlılarla mütəmadi olaraq əlaqə saxlayıb maraqlanırıq. Maliyyə məsələsini həll edəcəyik”

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev də nə kömək lazımdırsa, edəcəklərini söyləyib.

 

“Bu məsələ səfirliyimizin görəcəyi işlərdir. Azərbaycan səfirliyi əlindən gələni əsirgəmir. Biz də əlimizdən gələn köməkliyi əsirgəmirik. Nə lazımdırsa, etməyə çalışırıq”

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin sözlərinə görə, məsələni artıq nəzarətə götürüblər.

“Məsələni diqqətdə saxlayırıq. Səfirliklə də əlaqə qururuq. İşlərin yoluna qoyulmasına çalışırıq”

 

Qeyd edək ki, qəzaya düşən yaralı azərbaycanlılar Tiflisdəki “Vivamed” klinikasındadırlar. Onlar Gəncə sakinləri Eminbəyli Dürdanə İkram qızı, Cəfərova Radiyə Xanlar qızı, Cəfərova Səadət Xanlar qızı, Əliyeva Kəmalə Kərim qızı və Quliyev Vüsal Elbrus oğludur.

 

Xatırladaq ki, xəbəri afn.az saytı yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir