Modern.az

Koçaryan məhkəmə zalından azadlığa buraxıldı

Koçaryan məhkəmə zalından azadlığa buraxıldı

Dünya

13 Avqust 2018, 16:48

Ermənistanın həbs edilmiş ikinci prezidenti Robert Koçaryanla bağlı Apelyasiya məhkəməsi qərarını verib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hələ avqustun 10-da müzakirələr üçün məsləhət otağına çəkilən hakim Aleksandr Azaryan bu gün Koçaryanı azad edib.

 

Hakim beləliklə vəkillərin Koçaryanın azad edilməsi ilə bağlı etirazını təsdiq edib.

Onun vəkillərindən biri Ruben Saakyan hakimin qərarını elan edərək Koçaryanın artıq məhkəmə binasını tərk etdiyini bildirib.

 

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci ili mart seçkiləri zamanı kontitusyon quruluşu devirmək maddəsi ilə həbs edilib. Prokuror hakimə onun üçün həbsdə qalmağın ədalətli olacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır