Modern.az

Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək – XİN-dən BƏYANAT

Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək – XİN-dən BƏYANAT

13 Avqust 2018, 17:23

"Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

O qeyd edib ki, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir:

"Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.

 

Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.

 

Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək".

 

Qeyd edək ki, Ankara-Vaşinqton gərginliyi fonunda Türkiyədə lirənin ABŞ dollarına nisbətdə məzənnəsi kəskin ucuzlaşıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir