Modern.az

Neftçalada 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayanlar TUTULDU

Neftçalada 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayanlar TUTULDU

13 Avqust 2018, 19:01

Neftçala rayonunda 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Modern.az-a verilən məlumata görə, Neftçala rayonunun Xolqaraqaşlı kənd sakini Vidadi Hüseynov avqustun 12-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək evindən 20 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Neftçala rayon sakini Murad Ələkbərov və Salyan rayon sakini Nuruş Əmənov saxlanılaraq Polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir