Modern.az

"Infiniti" satışlarını 2016-cı ilədək 3 dəfə artırmağı planlaşdırır

"Infiniti" satışlarını 2016-cı ilədək 3 dəfə artırmağı planlaşdırır

28 Sentyabr 2011, 12:36

Dünyanın böyük avtomobil istehsalçılarının strateji hədəf olaraq satışlarını yaxın 7-10 il ərzində 2 dəfə artırmaq planları haqqında danışdıqları bir vaxtda lüks yapon brendi Infiniti cəsarətlə irəlidəki 5 il üçün satışlarını 3 dəfə artırmaq niyyətində olduğunu açıqlayıb.
Brendin rəsmiləri Böyük Britaniyanın nüfuzlu Autocar jurnalına müsahibələrində bildiriblər ki, Infiniti 2016-cı ilədək lüks avomobillər seqmentində bazar payını 10%-ə çatdırmağa iddialıdır. Bu isə o deməkdir ki, kompaniya qarşısına illik satışlarının həcmini 170 min avtomobildən 500 minə çatdırmağı hədəf olaraq qoyub.

Bununla bağlı kompaniya yaxın 5 ildə bir sıra yeni modelləri alıcılarına təqdim etməyi planlaşdırır. Bunların sırasında Infiniti-nin ilk ön çəkişli konsept avtomobili olan Etherea xüsusi yer tutur.

Infiniti-nin planlama və kommunikasiya şöbəsinin rəhbəri Endi Palmer qeyd edib ki, kampaniya  bir neçə yeni bazarda inkişaf edib möhkəmlənməyi planlaşdırır. 2016-cı ilə kimi satışlar 70 ölkəni əhatə etməlidir. Hələlik isə Infiniti avtomobilləri rəsmi olaraq dünyanın 38 ölkəsində satılır.

Infiniti 2008-ci ildə Avropa bazarına çıxan zaman qarşılaşdığı əsas problem digər premium brendlərlə müqayisədə az tanınması idi. Buna görə də kompaniya bu yaxınlarda “Formula-1” yarışmasında çıxış edən Red Bull komandası və son dünya çempionu Sebastyan Fettel ilə müqavilə bağlayıb. Pilot bundan sonra İnfiniti-nin səfiri qismində çıxış edərək diqqəti bu brendə cəlb etməlidir.

Marketinq çərçəvəsində başlanan bu əməkdaşlıq artıq xeyli genişlənərək texniki imkanları da əhatə etməkdədir. Frankfurt avtosərgisində nümayiş etdirilən yenilənmiş FX məxsusi olaraq Sebastyan Fettel üçün hazırlanmışdı və onun şərəfinə adlandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu