Modern.az

Ankarada 17 yaşlı gənc 8 nəfəri güllələdi

Ankarada 17 yaşlı gənc 8 nəfəri güllələdi

13 Avqust 2018, 22:13

Türkiyədə növbəti dəfə silahlı insident olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Ankarada 17 yaşlı C.B. zərgərlik dükanlarına və valyutadəyişmə məntəqələrinə pnevmatik tüfəngdən atəş açıb. Silahlı hücum nəticəsində biri azyaşlı olmaqla 8 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. İnsanların çoxluq təşkil etdiyi məkanlara atəş açan C.B. hadisə yerindən qaçıb.

 

Onun bu cinayəti hansı səbəbdən törətməsi məlum deyil. C.B.-nin narkotik aludəçisi olduğu deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi