Modern.az

“Nəticə üçün meydanda ən yaxşını etməyə çalışacağıq” - Qurban Qurbanov

“Nəticə üçün meydanda ən yaxşını etməyə çalışacağıq” - Qurban Qurbanov

Aktual

13 Avqust 2018, 22:53

“Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bundan da daha ağır oyun bizi gözləyir”. Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində BATE ilə cavab oyunu öncəsi bildirib.

 

Baş məşqçi qeyd edib ki, nəticə üçün çalışacaqlar: “Hazırki məqamda nə qədər çətin olsa da, başqa çıxış yolu yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

 

Qeyd edək ki, BATE - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Ağdam təmsilçisi 0:1 hesabı ilə uduzub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür