Modern.az

Xəzəryanı ölkələrin nümayəndələri Bakıda toplaşacaq

Xəzəryanı ölkələrin nümayəndələri Bakıda toplaşacaq

14 Avqust 2018, 11:14

Xəzəryanı ölkələrin nümayəndələri bu ilin payızında Azərbaycanda görüşəcəklər.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici işlər naziri Kayrat Abraxmanov bəyan edib.

 

Onun sözlərinə görə bu ölkələrin xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusunun müzakirəsi üçün Azərbaycanda toplaşacaqlar.

 

“Dövlət başçılarının verdikləri tapşırıqlara və qəbul edilmiş sənədlərdəki razılaşmalara əsasən bu görüş 6 aydan gec olmayaraq baş tutmalıdır. Bundan başqa, bu ilin payızında, qrupu toplamaq və birbaşa işə başlamaq barədə razılaşma da var. İlkin olaraq Azərbaycandakı görüşdən söhbət gedir” – Abraxmanov bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir