Modern.az

Britaniya parlamentində təhlükəli insident yaşandı

Britaniya parlamentində təhlükəli insident yaşandı

14 Avqust 2018, 13:14

Britaniya parlamentinin binasına çırpılan maşına görə terrorla mübarizə idarəsi araşdırmaya başlayıb.

 

Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəstəxanaya yerləşdirilib.

“Hadisə yerində biz iki nəfərə travma səbəbi ilə ilkin tibbi yardım göstərdik. İlkin ehtimala görə xəsarətlər ciddi deyil və onlar xəstəxanaya yerləşdiriliblər” – təcili yardım xidmətinin nümayəndəsi bildirib.

 

Şahidlərdən birinin nüfuzlu Daily Mail nəşrinə ifadəsində sürücünün qəsdən maşını binanın hasarına çırpdığını bildirib.

Digər bir şahidin BBC-yə verdiyi müsahibədə isə o, sürücünün maşını əvvəlcə velosiped sürənlərin üzərinə sürdüyü daha sonra isə şlaqbauma çırpıldığını söyləyib. O, da həmçinin sürücünün hərəkətlərinin məqsədyönlü olduğundan şübhələndiyini qeyd edib.

 

“London polisinin terrorla mübarizə qrupu Vestmister sarayı qarşısındakı hadisəni araşdırır. Lakin qeyd edək ki biz bis sıra ssenariləri nəzərdən keçiririk” – polisdən bildirilib.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir