Modern.az

Tramp öz işçilərini susmağa vadar edir

Tramp öz işçilərini susmağa vadar edir

14 Avqust 2018, 16:32

ABŞ prezidenti Donald Tramp informasiya sızmasının qarşısını almağa qarşı mübarizədən şəxsi mənafeyi üçün istifadə edir.

 

Modern.az  The Washington Post nəşrinə istinadən xəbər verir ki, iş o həddə çatıb ki, Tramp bütün işçilərini “non-disclosure agreement” (məxfiləşdirmə müqaviləsi) bağlamaqla ömürlük susmaqlarını istəyir.

Bu məsələ ilə bağlı Ağ Evin keçmiş əməkdaşı Omarossa Maniqol Nyuman yeni yazdığı kitabda ona da bu cür müqavilənin təklif olunduğunu bildirib. Onun sözlərinə görə Trampın tabeçiliyində olanlar ona ayda 15 min dollar müqabilində NDA (non-disclosure agreement) müqaviləsi bağlamağı təklif ediblər.

 

Lakin Nyuman bu müqaviləni imzalamaqdan imtina etdiyini qeyd edib.

“Axmaq Omarossanın artıq tamamilə imzalanmış məxfiləşdirmə haqqında müqaviləsi var” – Tramp isə cavabında Twitter hesabında yazıb.

Bu mesajı Trampın NDA müqavilələrinin tətbiq edildiyini etiraf etməsi kimi qiymətləndirmək olar.

Prezidentin tabeçiliyində olan şəxslərin imzaladığı müqavilənin surətinə görə işçilərə davranış qaydalarında geniş qadağaların tətbiq edildiyi görünür.

 

Trampın işçilərinin 2016-cı ildə imzalanan NDA müqaviləsində isə imzalayanlara onu və ailəsini ictimai şəkildə “alçaltmaq və açıq şəkildə pisləmək” qadağan olunur.

Bu tipli müqavilələrdən ABŞ prezidenti hətta biznes fəaliyyəti ilə məşğul olduğu dövrlərdə belə istifadə edib.

 

Prezidentin bir neçə keçmiş yardımçılarının sözlərinə görə bu müqavilə onlara Ağ Ev divarları arxasında əldə olunan bütün informasiyanı yaymağa qadağa qoyur.

Nyuman isə ona təklif olunan müqavilənin ona hətta işdən çıxdıqdan sonra belə bəzi çirkin sirləri açmağa imkan verməyəcəkmiş. Bu kimi sirlərə nəinki Tramp və onun ailəsi həmçinin vitse-prezident Mayk Pens və onun ailəsi haqda təhqiramiz məlumatlar aiddir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir