Modern.az

İtaliyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ

İtaliyada körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ

14 Avqust 2018, 18:28

İtaliyanın Genuya şəhərində körpünün dağılması nəticəsində zərərçəkənlər arasında azərbaycanlı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  Modern.az-a  bildirib ki, həlak olan və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi ilə mütəmadi əlaqə yaradılır:

"Faciə nəticəsində həlak olanların ailələrinə, yaxınlarına və dost İtaliya xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".

Qeyd edək ki, Genuyada körpünün bir hissəsinin dağılması nnəticəsində 22 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir