Modern.az

Avrozonanın iqtisadiyyatında artım baş verib

Avrozonanın iqtisadiyyatında artım baş verib

14 Avqust 2018, 18:38
Avrozonaya daxil olan 19 ölkənin iqtisadiyyatında ilin ikinci rübü ərzində ötən illin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 0,4% artım baş verib. Bu artım ABŞ-ın tətbiq etdiyi ticarət məhdudiyyətlərinə rəğmən qeydə alınıb.
Modern.az xəbər verir ki, Avropa İttifaqının Statistika Xidməti (Avrostat) daha az iqtisadi artım gözləsələr də, nəticə onları yaxşı mənada təəccübləndirib. Artım nəticəsində Avrozona ölkələrinin ÜDM-ları da 2,2% çoxalıb. 

Ümumi iqtisadi artımda Almaniyanın payı yenə danılmaz olub. Belə ki, bu ilin ikinci rübündə Avrozonanın başlıca iqtisadiyyatı olan Almaniyada iqtisadi göstərici yarım faiz artaraq, Fransa və İtaliyanı üstələyib. 

Lakin Avrostatın məlumatına əsasən, Avrozonaya daxil olan 19 ölkədə hazırda sənaye istehsalının həcmi may ayı ilə müqayisədə 1% azalıb. Qeyd edək ki, Avrozonanın ÜDM-da sənaye istehsalı xidmət sahəsi ilə bərabər ən əsas komponentlərindən biridir. (azvision.az)
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır