Modern.az

Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edildi - FOTO

Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edildi - FOTO

Aktual

14 Avqust 2018, 19:32

 

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Modern.az  bildirir ki, Dövlət Gömrük Komitəsindən  Trend-ə verilən məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!