Modern.az

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir

Dünya

14 Avqust 2018, 20:29

“Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir”.  Modern.az xəbər verir ki, belə açıqlama ilə Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murad Qurum çıxış edib.

 

Murad Qurum bildirib ki, nazirlik tərəfindən inşa ediləcək binalarda ABŞ-ın tikinti materiallarından istifadə edilməyəcək: "Daşınmaz əmlak sektorunun aparıcı nümayəndələri 15 iyulda FETÖ-nun dövlət çevrilişinə cəhdindən sonra vətəndaşlarımızın ev sahibi olması üçün önəmli bir fədakarlıq göstərdilər. Bu gün də ölkəmizə qarşı aparılan bu iqtisadi mühasirəyə qarşı ən güclü şəkildə mübarizə aparacağıq və yeni bir fədakarlıq dövrünü başladaraq, vətəndaşlarımızı uyğun şəraitdə mənzillə təmin edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!