Modern.az

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB

Aktual

14 Avqust 2018, 22:49

"Qarabağ" BATE oyunu yekunlaşdı. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşsa da, Bakıdakı məğlubiyyət komandamızın növbəti mərhələyə çıxmasına mane oldu. İki oyunun nəticəsinə görə, "Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı.

Bu nəticə ilə "Qarabağ" mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

 

22:31

 

Oyunun 76-cı dəqiqəsində “Qarabağ” azlıqda qalıb. Emeqaraya ikinci sarı vərəqə aldığı üçün  ona qırmızı kart verildi.

 

21:10

 

"Qarabağ" BATE oyununda daha bir qol vurulub. İkinci hissədə hücumlarını gücləndirən "Qarabağ" 54-cü dəqiqədə istəyinə çatıb. Miçel topu başla rəqib qapısından keçirib: 1:1

 

 

21:25

 

"Qarabağ" BATE oyununda hesab açıldı. Oyunun 20-ci dəqiqəsində "Qarabağ" müdafiəçiləri mərkəz yaxınlığında ötürmələr zamanı kobud səhvə yol verib. Topu ələ keçirən İvaniç topu "Qarabağ"ın qapısından keçirib - 1:0.

 

21:02

 

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb. Modern.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu Belarus çempionunun qonağıdır.

Qeyd edək ki, BATE və "Qarabağ" komandaları arasında ilk görüş Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!