Modern.az

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov

14 Avqust 2018, 21:16

“Qazaxıstanda Xəzər dənizinin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən sammitin effektivliyi Xəzərlə bağlı bütün danışıqlarda rekorddur. Aktau zirvəsində qəbul edilən Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirdi və hələ həll edilməmiş məsələlərdə yekun razılıq üçün təməl qoydu”. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

S.Lavrov qeyd edib ki, beş ölkənin prezidentləri mətbuata verdikləri bəyanatlarda görüşün nəticələrinə ən yüksək qiymətlərini verdilər: “Tarixi" və "epoxal" hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş deyil. 22 il iş getdi, bu, sadə məsələ deyil. Başlanğıcda ziddiyətli mövqelər var idi, dəniz yoxsa göl... "

 

S.Lavrov qeyd edib ki, bundan başqa Konvensiya sayəsində "Xəzər dənizində əməkdaşlıqla bağlı istənilən məsələni nəzərdən keçirmək üçün tamamilə universal əsas" yarandı.

 

Rusiya XİN baçşısı sammitin həmçinin ticarət-iqtisadi əməkdaşlıq və nəqliyyat üzrə hökumətlərarası sazişlərin, Xəzərdə insidentlərin qarşısının alınması üzrə hökumətlərarası sazişin, terrorçuluqla mübarizə, terrorçuluğa qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və sərhəd xidmətləri arasında əməkdaşlıq üzrə üç hökumətlərarası protokolun imzalanması baxımından da əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir