Modern.az

İtaliyada körpünün uçma səbəbi bilindi

İtaliyada körpünün uçma səbəbi bilindi

14 Avqust 2018, 21:52

İtaliyanın Genuya şəhərində körpünün uçmasının səbəbib açıqlanıb. Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliyanın nəqliyyat və infrastruktur naziri bildirib ki, körpünün uçmasına səbəb bu infrastruktur obyektinə lazımi xidmətin göstərilməməsi olub.

 

Onun sözlərinə görə, körpünün uçmasına görə məsuliyyət daşıyan konkret şəxslərdən danışmaq üçün hələki tezdir.

 

Qeyd edək ki, İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 35 nəfər həlak olub, ən azı 10 nəfər itkin düşüb, 13 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI