Modern.az

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi

Dünya

14 Avqust 2018, 23:31

İtaliyanın Genuya şəhərində insan tələfatı ilə nəticələnən avtomobil körpüsünün uçmasından sonra 2 günlük matəm elan olunub. Modern.az ”RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

 

"Genuya meriyası, bu səhər bütün şəhər əhalisinin körpünün uçması nəticəsində həyatını itirmiş insanların yaxınlarına başsağlığı, həmrəylik və yaxınlığının bir əlaməti olaraq, 15 və 16-sı tarixlərini matəm günü elan edir", - deyə məlumatda bildirilir.

 

Çərşənbə və cümə axşamı günləri kommuna, dövlət idarələri və şəhərin tədris müəssisələrində Genuya, İtaliya və Avropa İttifqının bayraqları endiriləcək. Matəm əlaməti olaraq bütün əyləncəli tədbirlər ləğv ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır