Modern.az

Lənkəranda qohumu gənc qadını bıçaqladı

Lənkəranda qohumu gənc qadını bıçaqladı

Aktual

14 Avqust 2018, 23:46

Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 1994-cü il təvəllüdlü Əlizadə Gülsüma Ceyhun qızı axşam saat 21:30 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Yaxınları G.Əlizadənin ehtiyatsızlıqdan xəsarət aldığını söyləyiblər. Yaralının tibbi müayinəsi zamanı onun sağ qoltuqaltı nahiyəsində, sağ qolun iç nahiyəsində və sağ budun sağ nahiyələrində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraların olduğu müəyyən edilərək cərrahi əməliyyat olunub.

 

G.Əlizadə əvvəllər ailəli olub.

 

Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində Elşən adlı yaxın qohumu tərəfindən törədilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?