Modern.az

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər

15 Avqust 2018, 00:42

“İtaliyanın Genuya şəhərində körpünün uçması nəticəsində 22 nəfər həlak olub. Hadisə zamanı daha 16  nəfər isə yaralanıb”. Modern.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.

 

Baş nazirin sözlərinə görə, xəsarət alanlardan 9-nun vəziyyəti çox ağırdır: "Körpünün uçması inanılmaz faciədir. Çünki burada söhbət bədbəxt hadisədən deyil konstruksiyanın çökməsindən gedir. Son məlumatlara əsasən, 22 nəfər həlak olub, 16 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9-nun vəziyyəti çox ağırdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu