Modern.az

Türkiyədə qağayıların kütləvi ölümü qeydə alındı

Türkiyədə qağayıların kütləvi ölümü qeydə alındı

Aktual

15 Avqust 2018, 11:47

Türkiyənin Van gölü ətrafında qağayıların kütləvi şəkildə öldüyü aşkarlanıb.

 

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, ölən quşlardan götürülmüş analizlər onların müşahidə olunan yüksək isti və aclıqdan öldüyü göstərib.

Bələdiyyə işçiləri hazırda ölən yüzlərlə quşun cəsədini xəstəlik yaranmamağı üçün göl ətrafından toplamağa başlayıblar.

 

Van yüzüncü il Universitetinin Yabanı Həyatı Qoruma Reabilitasiya Mərkəzinin direktoru professor Loman Aslan hadisəyə rəy bildirib.

 

Onun sözlərinə görə bu qorxulu hadisə deyil və belə kütləvi ölümləri əvvəllər də müşahidə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır