Modern.az

Jurnalistlər binasının yaxınlığında piyada keçidi tikiləcək

Jurnalistlər binasının yaxınlığında piyada keçidi tikiləcək

15 Avqust 2018, 11:48

Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Modern.az saytına məlumat verib.  O  qeyd edib ki,  müəyyən ünvanlarda yerüstü piyada keçidləri təşkil ediləcək və bunlardan biri də Jurnalistlər binasının yaxınlığında olacaq:

“Bu çərçivədə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib. Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub. Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir