Modern.az

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

15 Avqust 2018, 12:45

Sabahdan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, təmir işləri yolun Quba istiqamətində aparılacaq və bir neçə gün davam edəcək.

Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir