Modern.az

Avropa Film Festivalı Bakıda - hər gün pulsuz filmlər izləmək mümkün olacaq

Avropa Film Festivalı Bakıda - hər gün pulsuz filmlər izləmək mümkün olacaq

28 Sentyabr 2011, 17:33

Tanınmış rejissor və aktyorlarla görüş reallaşacaq

Oktyabrın 6-da Bakıda Avropa Film Festivalı işinə başlayır. Festival zamanı Avropa İttifaqına üzv 12 ölkədən gətirilən 11 film nümayiş etdiriləcək.

Avstriya, Belçika, Almaniya, İtaliya və digər ölkələrdən göndərilən filmlər sırasında istənilən təbəqəyə aid auditoriyanın maraqlarına uyğun olanlarını tapmaq mümkündür.

Çexiya Respublikası və Bpyük Britaniya istehsalına məxsus filmlər isə məxsusi olaraq gənc nəsil üçün nəzərdə tutulub.

Avropa İttifaqının nümayəndəliyi, İttifaqa üzv dövlətlərin səfirliklərinin “Park Cinema” ilə birlikdə təqdim etdiyi festival çərçivəsində müasir Avropa istehsalı filmlərinin nümayişi ilə yanaşı, dünya şöhrətli rejissor və aktyorlar da qonaq olacaq.

Tədbirin qonaqları sırasında  ən tanınmış rejissorlar – Olivyer Horlait (Fransa), Maykl  Glavogger (Avstriya), Marek Leçki (Polşa), Almaniyadan sənədli film ustaları Stefan Kolbe və Kris Rayt, İnessa Kurklietyte (Litva), yunan aktyoru Gennadios Patsis var.  

Festival çərçivəsində nümayiş etdiriləcək filmlərə giriş pulsuzdur. Bu filmlərə biletləri “Park Cinema", "Park Bulvar"dan əldə etmək olar.

Azərbaycanda Avropa Film Festivalının təşkili artıq ənənə halını almaqdadır. Tədbirin məqsədi Avropa İttifaqı ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulması və möhkəmlənməsində xidmət edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir