Modern.az

Əfqanıstanda 2 partlayış - 10 ölü

Əfqanıstanda 2 partlayış - 10 ölü

15 Avqust 2018, 13:40

Əfqanıstanda baş vermiş iki ayrı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

 

Modern.az-ın məlumatına görə, ölkənin şərqindəki Laqman əyalətində uşaqlar tapdığı partlayıcı qurğu ilə oynamağa başlayanda partlayış baş verib. Nəticədə altı uşaq həlak olub.

 

Digər partlayış isə Əfqanıstanın cənubundakı Zabul əyalətində baş verib. Burada avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır