Modern.az

Qənirə Paşayeva Turan qurultayında Azərbaycandan DANIŞDI

Qənirə Paşayeva Turan qurultayında Azərbaycandan DANIŞDI

15 Avqust 2018, 15:21

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində  millət vəkili  Q.Paşayeva İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.

 

Modern.az xəbər verir ki, onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.

 

Millət vəkili Qənirə Paşayeva  bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?