Modern.az

Bahçeli Ərdoğanı DƏSTƏKLƏDİ: “Böyük oyun qurublar”

Bahçeli Ərdoğanı DƏSTƏKLƏDİ: “Böyük oyun qurublar”

Dünya

15 Avqust 2018, 16:07

Türkiyədə MHP lideri Devlet Bahçeli türk lirəsinə edilən hücumlarla bağlı mesaj verib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bahçeli bu cür hiylələrə əl atanların məğlubiyyətə uğrayacağını bildirib.

 

“Valyuta qiymətlərində spekulyativ hücumlarla Türkiyəni təslim alacağını düşünənlər, mütləq məğlubiyyətə uğrayacaqlar. İyulun 15-də təpəmizdən atılan mərmilərlə işə salınan valyuta bombası eyni mərkəzin layihəsidir. Oyun böyük oyundur” – Bahçeli bildirib.

 

O, həmçinin həmrəylik göstərərək ABŞ istehsalı mallara rüsum tətbiqini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə valyutanın 40 faizədək aşağı düşməsindən sonra ABŞ istehsalı malların idxalına 140 faizədək rüsum tətbiq edili.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər