Abşeronda piyada ölümünə səbəb olan sürücü saxlanılıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.