Modern.az

Kabildə növbəti terror: 25 ölü, 35 yaralı

Kabildə növbəti terror: 25 ölü, 35 yaralı

15 Avqust 2018, 17:09

Əfqanıstanın paytaxtı Kabulun qərbində partlayış baş verib.

 

Modern.az “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, terror hadisəsi nəticəsində 25 nəfər ölüb və daha 35 nəfər yaralanıb.

Hadisə terrorçu kamikadzenin 18-ci polis dairəsində yerli təhsil müəssisəsinin yaxınlığında özünü partlatması nəticəsində baş verdiyi bildirilir.

 

Ölənlərin hamısının tələblər olduğu qeyd edilir.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir