Modern.az

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

Xaçmazda maşın qaçıran şəxs qəza törətdi

15 Avqust 2018, 17:19

Avqustun 14-də saat 1 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Azər Həşimova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Hacıbalayev avtomobili qaçırdıqdan sonra şəhər ərazisində idarə edərkən elektrik dirəyinə vurub və nəticədə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir