Modern.az

Babək prospektinin yenidən qurulmasına 20 milyon manat ayrıldı

Babək prospektinin yenidən qurulmasına 20 milyon manat ayrıldı

Aktual

15 Avqust 2018, 18:14

Prezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır