Modern.az

Azərbaycanlı Sankt-Peterburqda onu körpüdə “sıxan” sürücünü döydü

Azərbaycanlı Sankt-Peterburqda onu körpüdə “sıxan” sürücünü döydü

15 Avqust 2018, 19:35

Sankt-Peterburqda Aleksandr Nevski körpüsünün üstündə iki sürücü arasında döyülmə ilə müşayiət olunan münaqişə baş verib.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, insident avqustun 14-də baş verib.

Bildirilir ki, “Chevrolet Lanos” avtomobilinin 32 yaşlı sürücüsü körpüdə “VAZ 2109” avtomobilinin sahibi olan azərbaycanlını körpünün kənarına sıxıb və bu səbəbdən onların arasında münaqişə baş verib.

 

“09”un sürücüsü söhbət etmədən dərhal maşındakı teleskop göstəricisi ilə “Chevrolet Lanos” avtomobilinin sürücüsünün başına zərbə endirib.

Körpüdəki kamera qeydlərinə əsasən müəyyən edilib ki, hadisəni törədən 22 yaşlı Azərbaycan vətəndaşıdır. Hazırda onun saxlanılması istiqmətində əməliyyat tədbirləri həyata keçirilir.

 

“Chevrolet Lanos” avtomobilinin sürücüsü isə aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı