Modern.az

Merkeldən Türkiyəyə dəstək

Merkeldən Türkiyəyə dəstək

15 Avqust 2018, 21:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyanın Kansleri Angela Merkellə telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, tərəflər Suriya başda olmaqla regional məsələləri müzakirə ediblər.

Merkel telefon söhbətində Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün də əlverişli olduğunu bir daha vurğulayıb.

 

Qeyd edək ki, Ərdoğanla Merkelin sentyabrın sonunda Berlində görüşü də planlaşdırılıb. Bu yaxınlarda isə xəzinə və maliyyə naziri Berat Albayrakın alman həmkarı ilə görüşü keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir