Modern.az

Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu məhv etdi

Türkiyə silahlı qüvvələri təhlükəli terrorçunu məhv etdi

16 Avqust 2018, 09:15

Türkiyə silahlı qüvvələrinin İraqın şimal-qərbində yerləşən Sincar bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı PKK/KCK terror təşkilatının təhlükəli simalarından sayılan İsmail Özdən məhv edilib.

AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, “Mam Zeki Şengali” ləqəbli bu terrorçu Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olub.

Sincar bölgəsində təşkil olunan xüsusi əməliyyata PKK terrorçularının qətlə yetirdiyi 11 aylıq Bedirhan Mustafa Karakayanın adı verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir