Modern.az

ABŞ Çinlə ticarət müharibəsinə son qoymaq istəyir

ABŞ Çinlə ticarət müharibəsinə son qoymaq istəyir

16 Avqust 2018, 10:19

ABŞ və Çin ticarət müharibəsi fonunda danışıqları bərpa edəcəklər.

 

Modern.az Çinin Ticarət Nazirliyinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, tərəflərin diplomatik heyətlərinin görüşünün avqustun sonunda Vaşinqtonda baş tutacağı bildirilir.

Çindən gələn heyətə nazirin müavini Van Şouven, ABŞ heyətinə isə Maliyyə nazirinin müavini Devid Malpas rəhbərlik edəcək.

 

Görüşdə tərəflər ABŞ və Çin arasındakı iqtisadi və ticarət əlaqələri müzakirə olunacaq.

“Çin qarşılıqlılıq, bərabərlik və dürüstlük əsasında dialoqu alqışlayır” – nazirliyin rəsmi səhifəsində bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl Çin və ABŞ arasında ticarət müharibəsi fonunda son danışıqlar iyun ayının sonunda baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir