Modern.az

ADA Universiteti təhsil haqqının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirdi

ADA Universiteti təhsil haqqının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirdi

Təhsil

16 Avqust 2018, 12:28

Xəbər verdiyimiz kimi, artıq ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. 39906 nəfər abituriyent tələbə adını qazanıb.

 

Amma diqqət çəkən məqam bəzi universitetlərin illik məbləğinin yüksək olmasıdır. Məsələn, elə götürək ADA Universitetini. Burada 601 bal toplayan abituriyent 6500 manat ödəməli olacaq.

 

Məsələnin aktuallığını nəzərə alaraq Modern.az saytı ADA ilə əlaqə saxlayıb. ADA-nın mətbuat xidmətindən saytımıza bildirilib ki, əslində universitetdə qaydalar fərqlidir.

 “ADA Universitetində təhsil haqqından azad olunan bir neçə kateqoriya tələbə mövcuddur. Biz, dövlət ali təhsil müəssisəsi olduğumuza görə, ölkə başçısının sərəncamları ilə müəyyən sosial təbəqələrə ödənişli ali təhsildə verilən təhsil haqqı güzəştləri ADA Universitetində də şamil olunur. Bura, şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri və digər müvafiq təbəqəyə aid tələbələr daxildir. Eyni zamanda, ADA Universiteti yüksək akademik göstəricilərlə təhsl alan tələbələrə bəzi güzəştlər tətbiq edir. Belə ki, bu tədris ili üçün DİM imtahanlarında 700 bal toplayan abituriyentlər ADA Universitetinə qəbul olquda burada təhsil müddəti ərzində təhsil haqqına 100% güzəşt əldə edirlər. Lakin bu güzəştin davamlı olması üçün onların akademik göstəriciləri yüksək qalmalı, ortalama qiymətləri 4.0 üzərindən ən azı 3.0 olmalıdır. 650 baldan yuxarı nəticə göstərən abituriyent bir il ərzində 100% təhsil haqqından, 600-dən yuxarı bal toplayan abituriyentlər isə bir il ərzində 50% təhsil haqqından azad edilir. Son iki qayda hüquqşünaslıq və biznesin idarə edilməsi ixtisaslarına aid deyil. Ümümuiyyətlə isə, son iki il ərzində ADA Universiteti tələbələrinə 4,3 milyon manat məbləğində təqaüd verib".

 

ADA Universitetindən təhsil haqlarının yüksək olmasına da aydınlıq gətirilib.

 “ADA Universitetində bakalavr təhsili üçün ən yükəsk təhsil haqqı 6500 manat təşkil edir. Ümumiyyətlə, təhsil haqqı siyasətinin formalaşması hər universitetdə müxtəlif səbəblərlə bağlıdır. Bura, dərsliklər, dərs deyən professor müəllim heyətinin tərkibi, mübadilə imkanları və s kimi məsələlər daxil ola bilər. ADA Universitetinin tələbə icması hazırda 2200 nəfər təşkil edir. Bunların arasında 380 nəfəri məcburi köçkün və qaçqın ailələrindəndir. Tələbələrimiz arasında 500 nəfər Azərbaycanın paytaxtdan kənar, müxtəlif bölgələrindəndir. Həmçinin, beynəlxlaq tələbələrimiz dünyanın 41 müxtəlif ölkəsindən gəlir. ADA Universiteti məzunlarının məşğulluq göstəricisi 90%-dir. Onlar bu gün “Azərkosmos”, ASAN İnnovasiyalar Mərkəzi, Azərcell, Xarici İşlər Nazirliyidir və bir sıra digər hökumət və fərdi sturkturlarda işləyirlər. Bu statistikadan kənarda qalanlar isə dünyanın digər universitetlərində ali təhsillərini davam etdirirlər".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır