Modern.az

Samuxda keçmiş məhkum arvadını öldürdü

Samuxda keçmiş məhkum arvadını öldürdü

Aktual

16 Avqust 2018, 14:53

Samuxda qətl hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib. Nəticədə M.Bayramova ölmüş, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir