Modern.az

DİM Kamran Əsədovu məhkəməyə verir

DİM Kamran Əsədovu məhkəməyə verir

16 Avqust 2018, 15:36

Abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması haqqındakı iddiası qəbul olunmur.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent Əsgəri İbrahim Əli oğlunun yay qəbul imtahanında 596 bal toplaması, lakin bu nəticə ilə ali məktəbə qəbul oluna bilməməsi barədəki iddialarına münasibət bildirərkən deyib.

O bildirib ki, mərkəzə nəticələrin saxtalaşdırılması ilə əlaqədar heç bir müraciət daxil olmayıb:


"Həm valideyn, həm də abituriyentin kifayət qədər vaxtı olub ki, balların saxtalaşdırılıb-saxtalaşdırılmaması ilə bağlı məlumatları ictimaiyyətləşdirsin. Mərkəzin nüfuzuna zərbə vurduğu və yalan məlumat yaydığı üçün bu məlumatı sosial şəbəkələrdə paylaşan  ekspert Kamran Əsədov da məhkəməyə veriləcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!