Modern.az

ABŞ İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı

ABŞ İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı

Aktual

17 Avqust 2018, 08:28

"ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır".

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonun Tehrana qarşı siyasətinin əlaqələndirilməsi üzrə xüsusi qrupunun rəhbəri Brayan Huk deyib.

O qeyd edib ki, İslam Respublikası rəhbərliyi ABŞ-ı "öz davranışlarında əsaslı dəyişiklər edəcəyinə" inandırmalıdır və yalnız bundan sonra Tramp İranla yenidən dialoq aparmağa hazırdır.

Bundan əlavə, Huk iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şərtləri açıqlayıb.

"Sanksiyaların zəiflədilməsi və ABŞ-la diplomatik və ticarət əlaqələrinin tam bərpası, həmçinin Birləşmiş Ştatlarla iqtisadi qarşılıqlı fəaliyyət yalnız biz İran rejiminin öz davranışlarında ciddi dəyişikliklərə kökləndiyini gödüyümüz zaman başlaya bilər", - deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!