Modern.az

Mikroavtobus 7 rəqqası vurub öldürdü

Mikroavtobus 7 rəqqası vurub öldürdü

17 Avqust 2018, 08:38

Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasları vurub. Hadisə nəticəsində 7 nəfər ölüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.

Rəqqaslardan 3-ü qəza yerində, 4-ü isə xəstəxanada keçinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir