Modern.az

Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən atıb öldü

Xaçmazda qadın özünü hərəkətdə olan avtomobildən atıb öldü

17 Avqust 2018, 12:05

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib. 

Modern.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib. 

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?