Modern.az

Almaniyadakı diaspor fəalından Merkelin Bakı səfəri ilə bağlı ÇAĞIRIŞ: "... Ya da sifariş yerinə yetirirsiniz"

Almaniyadakı diaspor fəalından Merkelin Bakı səfəri ilə bağlı ÇAĞIRIŞ: 

Aktual

17 Avqust 2018, 13:26

“Hörmətli Avropa azərbaycanlıları, mübarizə apararkən özümüzə ziyan verilməməsini də düşünməliyik”.

 

Modern.az xəbər verir ki, bu sözlər Almaniyada diaspor fəaliyyəti ilə məşğul olan  Toğrul Əzizin Avropada yaşayan azərbaycanlılara müraciətində qeyd olunub.  O bildirib ki, Angela Merkelin Bakıya səfəri ərəfəsində Almaniyada mitinq keçirib, ondan Azərbaycan hökumətinə qarşı  tələblər irəli sürməyini istəmək sadəlöhvlükdür”.

 

“Sadəlövhlük. Əgər sadəlöhv deyilsizsə, onda sifariş əsasında edirsiniz. Yəqin ki, sadəlöhvlükdən irəli gələr.

 

Sadəlöhvlükdür, ona görə ki, Merkel xanım üçün Azərbaycan xalqının istədiyi yox, Almaniyanın maraqları önəmlidi. Sizin etdikləriniz ancaq və ancaq Azətbaycan hökumətinə təzyiq rıçaqları yaradır. Hansı təzyiq? - Merkel xanımın öz ölkəsinin maraqlarını təmin etməsi üçün təzyiq rıçaqları. Təəssüf ki, mübarizənin bu üsulu ilə təkcə Azərbaycan iqtidarına deyil, həm də Azərbaycanın özünə də zərər vurursuz. Başqa bir mübarizə yolu seçmək lazımdır. Zənnimcə ictimai şüura təsir imkanları hələ tükənməyib. Bir çox yollar var. Bu yolları, mənsub olduğunuz partiya funksionerləri deməlidir. Arada kimlərsə qazanacaq deyə özünüzü xərcləməyin”.

 

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel avqustun 25-də Bakıya gələcək. Almaniyadakı erməni lobbisi isə buna etiraz olaraq aksiya keçirməyi planlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır