Modern.az

Bayram Səfərov: “Koçaryanın siyasətə qayıtmasına nə edə bilərik?”

Bayram Səfərov: “Koçaryanın siyasətə qayıtmasına nə edə bilərik?”

17 Avqust 2018, 15:59

Ermənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilən Robert Koçaryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Robert Koçəayan hazırkı hakimiyyəti ittiham edərək bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür.

 

Maraqlıdır, eks-prezidentin siyasətə dönüşü Ermənistandakı proseslərə, Qarabağ probleminin həllinə  necə təsir edə bilər?

 

Məsələ ilə bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az saytına açıqlama verib.

 

Bayram Səfərov bildirib ki, Robert Koçaryan onun  və Azərbaycan xalqının düşmənidir.

 

“Robert Koçaryan, Serj Sarkisyan əlləri, günahsız Azərbaycan  xalqının qanına  bulaşmış canilər, cinayətkarlardır. Onlar etdiyi cinayətlərə görə  cavab verməlidirlər. 

 

Biz uzun müddətdir, Xocalı faciəsinin, Qarabağ məsələsinin əsas təşkilatçısı olan Sarkisyanın, Koçaryanın məhkəməyə cəlb edilməsini, haqqın öz yerini tapmasını istəmişik və  hər zaman da istəyəcəyik.  Koçaryanın siyasətə dönüşünün Qarabağ probleminin həllinə  necə təsir edəcəyinə gəldikdə isə onu deyə bilərəm ki, bu dəqiqə Ermənistanın başı özünün problemlərinə qarışıb”.

 

İcma sədri deyib ki, Koçaryanın siyasətə dönüşü Ermənistanın öz işidir.

 

“Biz buna nə edə bilərik ki? Bunu ermənilərin özləri həll etməlidir”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?