Modern.az

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər

17 Avqust 2018, 16:32

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Modern.az-ın məlumatına görə, Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub.

Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi