Modern.az

İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU

17 Avqust 2018, 17:41

 İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq.

Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi